9 İyul 2019 13:30
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Y.Zərbalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Rasim Hüseynovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov