10 İyul 2019 01:36
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, "Mercedes" və "Ford" markalı avtomobillərin toqquşması zamanı 5 nəfər xəsarət alıb.

Yaralılardan 4-ü Şamaxı Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan daha 1 nəfər - 1962-ci il təvəllüdlü Məmmədov Həsənağa Sultanağa oğlu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Müəllif: Teleqraf.com