10 İyul 2019 13:10
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzildə ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com