10 İyul 13:45

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Qarasu kəndi ərazisində Gəncə şəhər sakini Fikrət Ağayev idarə etdiyi “KamAZ” markalı avtomobili qarşıda gedən həmyerlisi A.Cəlalovun idarə etdiyi “MAZ” markalı avtomobilin (dartıcı) yarımqoşqusuna vurub.

Nəticədə F.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov