10 İyul 2019 21:56
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 9-da saat 12 radələrində Ağdaş rayonunun Ərəbocaq kəndi ərazisində Ağdam rayon sakini Z.Əmirov idarə etdiyi “BMW” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sərnişinləri, həmyerlisi Ramin Mehralıyev və Mingəçevir şəhər sakini Ə.Quliyev xəstəxanaya yerləşdirilib, R.Mehralıyev orada ölüb.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com