11 İyul 2019 10:35
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonu, 7-ci mikrorayondakı Abay Kunanbayev küçəsini su basıb.

Axar.az xəbər verir ki, sözügedən küçədə avtomobil yolunun altından keçən kanalizasiya borusu partlayıb. Partlayan boru yolun asfalt qatını da dağıdıb.

Abay Kunanbayev küçəsi bu səbəbdən suya qərq olub. Səhər saatlarında baş verən qəzaya görə yolda hərəkət çətinləşib. Problemin aradan qaldırılması üçün hazırda ərazidə iş gedir.


Müəllif: Teleqraf.com