Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Tanrıverdiyev iyulun 10-da saat 1 radələrində naməlum şəxsin onu bıçaqla hədələyərək pul verməsini tələb etməsini, istədiyinə nail olmadıqda ona əlindən bıçaqla xəsarət yetirib, sonra hadisə yerini tərk etdiyini bildirib.
24-cü polis şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Nuriyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.