13 İyul 2019 00:14
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda zəncirvari avtomobil qəzası olub.

Teleqraf.com xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

Bu barədə sosial şəbəkə istifadəçiləri video paylaşıblar.

Videodan görünür ki, Sergey Yesenin küçəsi ilə hərəkət edən beş avtomobil bir-biri ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə zərər dəyib.


Müəllif: Teleqraf.com