Bakıda 1 nəfər su quyusuna düşüb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü İsmayılova Tahirə Müzəffər qızının meyitini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.