Bakıda 2 mağaza yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan mağazada elektrik tənzimləyici qurğu yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib.
Xətai rayonunda isə ümumi sahəsi 60 m² olan mağazada 4 ədəd vitrin soyuducusu və içərisindəki ərzaq malları yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.
Hər iki mağazanın qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.