Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com-un xəbərinə görə, cari il martın 1-dən iyulun 13-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən 44500 manat dəyərində yuyucu toz oğurlanması barədə 10-cu polis bölməsinə məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin mağazada işləyən paytaxt sakinləri A.Abbasov və T.Abbasov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.