Fövqəladə Hallar Nazirliyi (FHN) Sabirabad rayonunun Mərkəzi bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.
FHN-dən Teleqraf.com-a bildirilib ki, iyulun 16-da səhər saatlarında Sabirabad şəhəri, İlham İskəndərov küçəsində mağazalarda yanğın olması barədə Nazirliyə məlumat daxil olub.
İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 m2 olan 2 mağaza və ümumi sahəsi 7650 m2 olan Mərkəzi bazarın ərazisində 3 dükan 70 m2 sahədə (ümumi 1130 m2) yanıb. Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.Yanğın söndürülüb. Digər bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.
***
09:22
İyulun 16-da səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Teleqraf.com-a bildiriblər ki, ilkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 kvadratmetr sahədə yanıb.
Yanğının söndürülməsinə DYMX-nın 11 texnikası cəlb edilib.
Alov saat 08:02-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.
Əlavə məlumat veriləcək.