18 İyul 2019 12:56
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İlqar badullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.

İttihama görə, hadisə bu il aprelində Bakı-Quba yolunun 157-ci kilometrliyində baş verib.

Quba rayonunun Qaraçay kənd sakini, 1988-ci il təvəllüdlü İlqar Abdullayev 1989-cu il təvəllüdlü Elnur Ərzumanovla şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində Elnur Ərzumanov İlqar Abdullayevi yumruqla vurub. İlqar Abdullayev isə üzərində gəzdirdiyi bıçaqla onu qarın nahiyəsindən bıçaqlayıb.

İstintaq orqanı tərəfindən İlqar Abdullayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər