19 İyul 2019 13:12
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndini atəşə tutub.

Düşmən ötən gün axşam və bu gün səhər saatlarında Çıraqlı istiqamətində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub.

Düşmən əsas hədəf kimi mülki əhalini seçib. Lakin xəsarət alan olmayıb. Mərmilər cəbhə kəndində evlərin dam örtüyünə və hasarlarına dəyib./report/


Müəllif: Teleqraf.com