Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com-un xəbərinə görə, rayonun M.Həsənov küçəsində naməlum şəxs Sumqayıt şəhər sakini R.Nəsibovaya zor tətbiq edib və onun içərisində 65 ədəd qol saatı, 10 ədəd ətir olan çantasını alıb.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.
29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş S.Salahov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.