19 İyul 2019 16:18
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Yasin Cabbarov idarə etdiyi “İJ” markalı motosikleti aşırıb.

Nəticədə motosikletçi hadisə yerində ölüb.


Müəllif: Hacı Zeynalov