19 İyul 2019 16:27
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildən iki nəfərin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira Tələt qızının və 1955-ci il təvəllüdlü Məmmədov Aydın Nizami oğlunun meyitlərini aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər