20 İyul 2019 11:57
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonu Xırsa və Ağyazı kəndləri ərazisində baş verən yanğının İlisu Dövlət Təbiət Qoruğunun ərazisinə keçməsinin qarşısı alınıb.

Ekoloigiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) departament direktoru Hikmət Əlizadə bildirib ki, Qax rayonu Xırsa və Ağyazı kəndləri ərazisində kimlərinsə kövşən və biçənəkləri yandırması səbəbindən İlisu Dövlət Təbiət Qoruğunun sərhədləri yaxınlığında baş verən yanğın qoruğun meşə sahəsinə keçə bilərdi və təbiətə böyuk ziyan dəyərdi:

"Buna görə yaxınlıqdakı kəndlərin sakinlərinə, yerli qurumlarımızın, FHN-nin əməkdaşlarına çəkdikləri əziyyətə, göstərdikləri şücaətə görə nazirliyimiz adından minnətdarlıq bildirirəm".

Xatırladaq ki, iyulun 19-da İlisu qoruğunun sərhədləri yaxınlığında baş vermiş yanğın ETSN-nin yerli qurumlarının 150-dək əməkdaşının, yerli sakinlərin, həmçinin FHN-nin yerli yanğın söndürənlərinin səyləri nəticəsində axşam saatlarında tam söndürülüb.

***

10:58

Gecə saatlarında Qax rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.coam-a verilən məlumata görə, hadisə rayonun Ağyazı kəndi yaxınlığında dağlıq ərazidə 290 hektar sahədə və İlisu Dövlət Təbiət Qoruğunun ərazisində 10 hektarlıq sahədə baş verib.

Yanğın nəticəsində kol-kos yanıb, qoruq ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.


Müəllif: Teleqraf.com