20 İyul 2019 15:10
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Hövsan qəsəbəsində 1988-ci il təvəllüdlü Hüseyn Hüseynov naməlum şəxslər mübahisə edib.

Onların mübahisəsi sonradan davaya çevrilib.

Dava zamanı naməlum şəxs Hüseyn Hüseynova iki bıçaq xəsarəti yetirib. Həmin şəxs sonra hadisə yerindən qaçıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törədən şəxs polis trəfindən müəyyən edilərək həbs edilib.

İlkin məlumata görə, gənclər arasında yaranan mübahisə pul borcu üstündə baş verib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov