20 İyul 2019 15:47
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağda ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonda ümümi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın dam örtüyünün, tavanının yanar konstruksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com