İmişli rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyulun 22-də, gecə saat 1 radələrində İmişli rayonunun Şahverdili kəndi ərazisində naməlum şəxslər Goranboy rayon sakini R.Məmmədova zor tətbiq edib, 54 manatını, mobil telefonunu, gümüş boyunbağını və yaddaş kartını ondan alıblar.
İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən rayon sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş A.İbrahimbəyli saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.