23 İyul 2019 15:10
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Ağsu rayon sakini Z.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə Z.Məmmədovun sərnişini - həmyerlisi Samir Talıbov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov