23 İyul 2019 23:49
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın şimalında yerləşən Mazandaran vilayətinin Tonekabon rayonunda dizel yanacağı aparan tanker "Pride" markalı avtomobillə toqquşub.

Teleqraf.com-un məlumatına görə, bunu İranın Mazandaran vilayəti Tonekabon Təcili Tibbi Hallar Mərkəzinin direktoru Nima Nejad Müqəddəm deyib.

N.Nejad Müqəddəmin sözlərinə görə, yanacaq tankeri avtomobilin üzərinə aşıb. Nəticədə avtomobilin 4 sərnişini həlak olub.


Müəllif: Teleqraf.com