24 İyul 2019 09:55
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çay evində qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Sənan Həsənov və Asim Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, onların barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

Bu il fevralın 3-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində "Kabinet" çay evində Sənan Həsənov və Asim Muxtarov həmin çay evində işləyən 1993-cü il təvəllüdlü Sahil Əlizadə bıçaqlayıb.

Hadisə hesab üstündə yaranan mübahisə zəminində baş verib.

İstintaq orqanı tərəfindən Sənan Həsənov və Asim Muxtarovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov