24 İyul 2019 17:15
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Binəqədi rayonunda baş verən qəza ilə bağlı birgə açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Belə ki, fevralın 9-da Bakı-Quba yolunun Binəqədi rayonu ərazisində şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi avtomobillə naməlum kişini vuraraq hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində vəfat etmiş piyadanın şəxsiyyəti müəyyənləşdirilərək onun 1962-ci təvəllüdlü Telman Bəhərçiyev olduğu müəyyən edilib.

İstintaqla həmçinin, qeyd olunan yol nəqliyyat hadisəsinin «Nexia R3» markalı «90-PR-481» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ağayev Namiq Qoşqar oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, iyulun 22-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər