İmişli rayonunun meşəlik ərazisində baş verən yanğın söndürülüb.
Teleqraf.com xəbər verir ki, yanğının söndürülməsinə hadisə yerinə cəlb olunmuş İmişli, Şirvan və Kürdəmir Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi müvəffəq olub.
Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova "Report"a açıqlamasında yanğının meşə massivində deyil, pay torpağındakı kolluq ərazidə baş verdiyini bildirib.
Fakt araşdırılır.