31 İyul 2019 01:39
1 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Artvin şəhərində 4 yaşlı uşaq faciəvi şəkildə dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, Yağız adlı azyaşlının oynatdığı şar qəfildən partlayıb.

Bu zaman rezin parçalardan biri uşağın nəfəs borusuna düşüb.

Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər