Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu gün Nazirliyin
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Sumqayıt, Qızılqum, Nardaran və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.