2 Avqust 2019 19:39
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə yüz Asiya karp balığı suya elektrik cərəyanı verilməsi səbəbindən eyni vaxtda sudan tullanıb.

Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın Kentukki ştatının Barkli su anbarı yaxınlığında baş verib.

Bu, bədbəxt hadisə nəticəsində deyil, ABŞ-ın Balıq Resursları və Vəhşi Təbiət Xidməti əməkdaşlarının məqsədyönlü hərəkəti nəticəsinə baş verib.

Belə ki, onlar elektofişinqdən istifadə etməklə balıqları saymaq, onları tutmaq və başqa su hövzəsinə köçürmək istəyiblər. Balıqlar ziyan çəkməyiblər.

Qeyd olunur ki, Asiya karp balığı sürətlə çoxalan və Amerika su hövzələrində digər canlıları sıxışdırıb çıxaran balıq növüdür.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər