Sədərək Ticarət Mərkəzində baş verən yanğın nəticəsində 7 nəfər tüstüdən zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanğınla əlaqədar hadisə yerinə 15 təcili yardım briqadası cəlb olunub. Hadisə zamanı 7 nəfər Fövqəladə Hallar Nazirliyinin əməkdaşı tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.