Qaradağ rayonunda qatar azyaşlını vurub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Səngəçal qəsəbəsində qeydə alınıb.
Səhiyyə Nazirliyindən saytımıza bildiriblər ki, hadisə barədə təcili yardıma 18:30-da çağırış daxil olub.
Xəsarət alan 8 yaşlı oğlan Kliniki Tibbi Mərkəzə aparılıb.
Həkimlərin müayinəsi zamanı uşağa qapalı kəllə beyin travması diaqnozu qoyulub.