Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.
Hadisə Rasim Muxtarov küçəsi 43 ünvanında qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.