Bu ilin 6 ayı ərzində xarici ölkə vətəndaşlarına qarşı törədilən cinayətlərin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, xarici vətəndaşlara qarşı törədilən 52 cinayətdən 28-nin (65,1%) açılması təmin olunub.
Paytaxt üzrə bu növ cinayətlərin xüsusi çəkisi 0,5% təşkil edib.