9 Avqust 2019 17:18
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bıçaqlanma olub.

Hadisə rayonun Lənbəran kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri - 1953-cü il təvəllüdlü Şəmsəddin Səlimovla həmkəndlisi, 1957-ci il təvəllüdlü Elman Qasımov mübahisə ediblər. Mübahisə zəmnində hər iki tərəf evdən götürdükləri mətbəx bıçağı ilə bir-birini bıçaqlayıblar.

Hər iki şəxs qarın və bud nahiyələrindən bir neçə bıçaq zərbəsi alıb. Hadisə zamanı hər iki ahıl kişi çoxlu qan itirib və huşsuz vəziyyətdə yerə yıxılıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" avtomobilləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Kənd sakinləri "Report"un yerli bürosuna bildirib ki, mübahisə Ş.Səlimovun mal-qarasının E.Qasımovun bağına ziyan verməsinə görə olub. Hər iki ahıl kişi cərrahiyyə əməliyyatı olunub və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər