12 Sentyabr 2014 11:37
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının qərargahında başqanlığa iddialı Qubad İbadoğlunun mətbuat konfransı başlayıb.

Teleqraf.com xəbər verir ki, başqanlığa namizəd deyib ki, qurultaya bir neçə gün qalmış yenidən mətbuat konfransı keçirəcək.

O həmçinin namizədliyini rəsmən irəli sürüb və ərizəsini qurultaya hazırlıq üzrə təşkilat komitəsinə təqdim edib.

O, öz seçki platformasını açıqlayıb və qeyd edib ki, müsavatçılıq kursuna sadiq qalaraq siyasi xətti davam etdirəcək: “Gənclərə və qadınlara xüsusi yer veriləcək. Gələcəyə alternativ proqramlarla baxacağıq”.

Qubad İbadoğlu bütün fəaliyyətini dayandırdı

Müsavat Partiyasının başqanlığa namizədi Qubad İbadoğu bu gündən etibarən İqtisadi Tədqiqatlar Mərkəzi, Mədən sənayesində şəffaflığın artırılması Koalisiyası, Milli Büdcə qrupu, Azərbaycan Düşüncə Mərkəzindəki fəaliyyətini dayandırır.

Teleqraf.com-un məlumatına görə, o, bu barədə juralistlərlə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bu gündən başlayaraq ictimai sektorda fəaliyyət göstərməyəcək.


Q.İbadoğlu bu məsələyə qurultaydan sonra baxacaq. O, iqtisadi ekspert kimi işini davam etdirəcəyini və iqtisadi təhlillər aparacağını açıqlayıb.

“İsa Qəmbərə xüsusi statusun tərəfdarı deyiləm”

Müsavat Partiyasının başqanlığa namizədi Qubad İbadoğlu Müsavat başqanı İsa Qəmbərə xüsusi status verilməsi barədə təklifə münasibətini açıqlayıb.


Teleqraf.com-un məlumatına görə, Q.İbadoğlu deyib ki, İsa Qəmbərə xüsusi status verilməsinin tərəfdarı deyil: “Mən bildiyim qədərilə İsa Qəmbərin özü də bunu istəmir. Əgər qurultayda belə bir təşəbbüs qaldırılsa müdafiə edəcəyik”.


O əlavə edib ki, başqan seçilərsə, Müsavatda Düşüncə Mərkəzi yaradacaq.

Müsavat Partiyasının başqanlığına namizəd Qubad İbadoğlu başqan seçiləcəyi təqdirdə partiyanın maliyyələşməsi haqda öz fikrini açıqlayıb.

Q.İbdoğlu bildirib ki, heç bir halda Müsavat xaricdən maliyyələşməyəcək: “Buna qanun da imkan vermir. Partiya indiyə qədər üzvlük haqqı hesabına maliyyələşib, bunda sonra da belə olacaq”.

Cavidan


Müəllif: