10 Avqust 2019 12:29
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada baş verən zəlzələ rayonun bütün kəndlərində hiss edilib.

Bunu Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tofiq Əhmədov deyib.

Onun sözlərinə görə, zəlzələ Zaqatala şəhərində baş verib, dərinliyi 2 km olub və ətraf ərazilərdə 5 bal gücündə hiss edilib.

T.Əhmədov qeyd edib ki, indiyədək olan məlumatlara əsasən, tələfat və dağıntı baş verməyib: "Amma hazırda dəqiqləşdirmələr aparılır. Komissiyalar yerlərdə işləyir".

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli Zaqatalada baş verən zəlzələnin kifayət qədər hiss olunan və orta güclü zəlzələ olduğunu söyləyib.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) məlumatına görə, yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

***

11:59

Zaqatalada 4,9 ballıq zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub.

Gürcüstan Yer Elmləri və Milli Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanlar Tbilisidə də hiss olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər