12 Avqust 2019 11:13
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Aşağı Malax kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com