Boliviyada avtobusun və yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb, 2 nəfər yaralanıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə "ABI" agentliyi bildirib.
Bildirilir ki, xəsarət alanlar arasında azyaşlı və hamilə qadın var. Sənədlərin olmaması səbəbindən ölənlərin hamısının şəxsiyyəti müəyyənləşdirilməyib.
Hadisənin iki versiyası var - yük maşının qarşı zolağa çıxması və sürücünün sərxoş ola biləcəyi.