14 Avqust 2019 07:26
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda yol nəqliyyat hadisəsi baş verib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com