14 Avqust 2019 08:06
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən vaqon deposunda bədbəxt hadisə baş verib.

27 yaşlı Məmmədzadə Əli Niftəli oğlu iş zamanı depoda iki qatarın arasında sıxılmış vəziyyətdə qalıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Mənbə/Report