15 Avqust 14:08

Bakıda zəncirvarı yol qəzası olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki körpünün üstündə 7 maşın toqquşub. Qəza nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com