16 Avqust 2019 22:07
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallının 56 yaşlı sakini sirkə turşusu içərək özünü öldürüb.

Teleqraf.com xəbər verir ki, Masallı şəhərində yaşayan Əliyev Mübariz Zülfüqar oğlu evində sirkə turşusu içərək həyatına son qoymaq istəyib.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 56 yaşlı kişi 3-4 saatdan sonra reanimasiya şöbəsində dünyasını dəyişib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər