17 Avqust 15:14

FHN-in Mətbuat xidmətindən bildirilib ki, yanğından mühafizə bölmələri tərəfindən söndürülən avtomobil yararsız vəziyyətə düşüb.

***

14:47

Bakının Heydər Əliyev prospektində avtomobil yanır.

"Hyundai Sonata" markalı avtmobilin söndürülməsi üçün yanğınsöndürmə briqadaları cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğın hadisəsi barədə saat 14.10-da məlumat daxil olub. Yanğının qarşısı qismən alınıb və hazırda avtomobilin tam söndürülməsi üçün iş gedir.

Hadisə nəıticəsində xəsarət alan yoxdur./report/


Müəllif: Teleqraf.com