Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə huşsuz vəziyyətdə aşkar olunan ev sahibi, 1953-cü il təvəllüdlü Yekavenko Nina Viktorovna yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.