18 Avqust 2019 19:44
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində “VAZ 2107” markalı nəqliyyat vasitəsi “Ford” markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində yaralanalar təcili-tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com