20 Avqust 00:19

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kürkəndi kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Əsədov Qismət Gülağa oğlu həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. Hələlik intiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com