Türkiyədə 30 yaşlı qadını küçənin ortasında güllələnib.
Hadisə Türkmenbaşı bulvarında qeydə alınıb.
30 yaşlı Esra Y. işə gedərkən qəfil qarşısını bir maşın kəsib. Maşının nömrə nişanının yerində "evlənirik” yazısı yazılıb.
Həmin maşından qadına bir neçə dəfə atəş açılıb. Daha sonra avtomobil ərazidən uzaqlaşıb.
Hadisə yerinə həkim və polis çağırılıb. Qadına ilkin yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı hadisəni törədən şəxsin kimliyi məlum olub. İlkin ehtimala görə, qadını güllələyən şəxs onun sevgilisi olub və hadisəni qısqanclıq səbəbindən törədib.
Plakası "evleniyoruz" yazısıyla kapatılan otomobille silahlı saldırı