22 Avqust 2019 21:35
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən söndürülüb.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.

İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib.

İlkin hesablamalara görə, təxminən, 7200 kv. m. taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər