25 Avqust 2019 17:30
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun Balik kəndində yas mərasimi zamanı ev uçub.

Sara Babayevaya məxsus olan ikimərtəbəli yaşayış evində baş verib.

B.Saranın həyat yoldaşı gecə saatlarında rəhmətə gedib. Mərasimə gələn kənd sakinləri eyvanda cənazəni ortadan qaldırarkən, evin döşəməsi insanların ağırlığına tab gətirməyərək çöküb. Dağıntı zamanı 6 nəfər müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı, Quliyeva Ofeliya Nadir qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report