26 Avqust 2019 00:13
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, “Asfalt zavod” adlanan ərazidə çoxlu sayda qumbaraatanın, patron və qumbaraların tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Teleqraf.com-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis Şöbəsinin əməkdaşları “Asfalt zavod” adlanan ərazinin yerləşdiyi Qazax rayonun Xanlıqlar kəndinə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 116 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS), 1 ədəd tank əleyhinə mina (TM-57), 7 505 ədəd müxtəlif çaplı patron, 7 ədəd boş və təlim məqsədli mərmi və qumbaralar, 506 qram partladıcı, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar aşkar olunub, havanın qaranlıq olması səbəbilə əməliyyat-axtarış tədbirləri bu gün də davam etdirilib, nəticədə əlavə olaraq 20 ədəd müxtəlif çaplı patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş hərbi əşyaların ətrafında 20 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər